Martın 24-də saat 16:00-a olan məlumata görə, Azərbaycan silahlı qüvvələri Askeran rayonunun Parux kəndi istiqamətində təmas xəttini pozub.
“Müdafiə Ordusu və Artsax Respublikasında yerləşən Rusiya sülhməramlı kontingentinin nümayəndələri danışıqlar yolu ilə qarşı tərəfin daha da irəliləməsini dayandırmağa, onları öz başlanğıc mövqelərinə qaytarmağa çalışırlar.
Bildiririk ki, Askeran rayonunun Xramort icmasından qadın və uşaqlar təhlükəsizlik məqsədilə təxliyə edilib.
Biz əhalini sakit olmağa çağırırıq, təmas xəttinin bütün digər hissələrində vəziyyət hazırda sabitdir” – deyə Artsax İnformasiya Qərargahının bəyanatında deyilir.