Türkiyə ABŞ-ın təzyiqi altında Rusiyanın S-400 zenit-raket komplekslərindən imtina etmək fikrində deyil.
Bunu Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir “İzvestiya”ya açıqlamasında deyib.
Onun sözlərinə görə, Türkiyə öz siyasətini təyin etmək iqtidarındadır.
“S-400-dən imtina bizim üçün müzakirə mövzusu deyil. Biz bu məsələni keçmişdə müzakirə etmişik. Bundan imtina da müzakirə olunmur”, – Demir bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Reuters xəbər vermişdi ki, ABŞ Türkiyə ilə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərinin Ukraynaya göndərilməsi imkanını müzakirə edir. Bu mövzu ABŞ dövlət katibinin müavini Vendi Şermanın martın əvvəlində Ankaraya səfəri zamanı müzakirə olunub.