Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Bu barədə məlumatı Kremlin saytı yayıb.
Tərəflər Rusiya və Ukrayna arasında davam edən danışıqların gedişi ilə bağlı hərtərəfli fikir mübadiləsi aparılıb.
Bundan əvvəl də Rusiya və Fransa prezidentləri arasında növbəti telefon danışığı olub, onlar Moskva ilə Kiyev arasında davam edən danışıqları müzakirə ediblər. Rusiya prezidenti mümkün sazişlərin hazırlanmasında Rusiyanın prinsipial yanaşmalarını təqdim etdi.