Kreml mətbuat katibi Dmitri Peskov “CNN” efirində Rusiyanın nüvə silahından istifadə ehtimalını şərh edib.
Peskov, Rusiyanın nüvə silahından yalnız ölkə üçün təhlükə yaranarsa, istifadə edilə biləcəyini deyib.
“Rusiya Federasiyası nüvə silahından yalnız ölkəmiç üçün ekzistensial təhlükə yarananda istifadə edəcək.Rusiyanın milli təhlükəsizliyi konsepsiyası nüvə silahının yalnız onun mövcudluğuna təhlükə yarandığı halda istifadəsini nəzərdə tutur”, – deyə prezidentin sözçüsü bəyan edib.