Son iki həftə ərzində ikinci dəfədir ki, Azərbaycanın nəzarətində olan ərazidən keçən qaz kəməri səbəbindən Dağlıq Qarabağ sakinləri soyuq şəraitində isitmədən qalmışdılar. Bir çox çörək sexləri kəskin çörək qıtlığı səbəbindən işləmir. Bu barədə “Human Rights Watch”un Avropanın və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Gogia öz “Twitter” səhifəsində yazıb.
“Qazın kəsilməsi təhsil müəssisələrinə, o cümlədən uşaq bağçalarına və məktəblərə aiddir. İsidilməmək səbəbindən qapalı qalırlar. Növbəti humanitar böhranın qarşısını almaq üçün təcili addımlar atılmalıdır”- deyə yazıda qeyd olunub.