ABŞ müttəfiqlərlə birlikdə Rusiyanın "G20"dən çıxarılmasının yollarının araşdırılmasına başlayıb.
Ağ Evin saytı xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.
"Rusiya artıq bun beynəlxalq qurumlarda və beynəlxalq ictimaiyyətdə həmişəki kimi iş apara bilməz", - deyə Sullivan qeyd edib.
“Konkret qurumlar və konkret həll yolları ilə bağlı hər hansı əlavə bəyanatlar verməzdən əvvəl müttəfiqlərimizlə, bu qurumlardakı tərəfdaşlarımızla məsləhətləşmək və bigə qərar vermək istədik”, – deyə Amerika nümayəndəsi əlavə edib.