Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycanın Artsaxda humanitar böhran yaratmağa yönəlmiş hərəkətləri barədə bəyanat yayıb:
“Azərbaycan tərəfinin aşkar müdaxiləsi ilə Şuşi şəhəri yaxınlığında, Azərbaycanın nəzarətində olan ərazidə Ermənistandan Dağlıq Qarabağa təbii qazın təchizatı yenidən dayandırılıb.
Belə ki, görünməmiş qar yağması və görünməmiş soyuq hava şəraitində 120 000-ə yaxın Dağlıq Qarabağ əhalisi zəruri qaz təchizatından məhrum olub.
Cəmi bir neçə gün əvvəl Azərbaycan naməlum şəraitdə eyni ərazidə qəzaya uğrayan qaz kəmərinin təmiri üçün 8 gün işə icazə vermirdi.
Beləliklə, Azərbaycan Dağlıq Qarabağ xalqına psixoloji təzyiq göstərmək, beynəlxalq humanitar təşkilatların Dağlıq Qarabağa daxil olmasına mane olmaq üzrə davamlı səyləri ilə yanaşı, Dağlıq Qarabağda həyati vacib infrastrukturun normal fəaliyyətini qəsdən pozur ki, bu, açıq şəkildə Dağlıq Qarabağda humanitar böhranın yaranmasına gətirib çıxarır.
Artsax ermənilərinə qarşı sistematik zorakılıq siyasətini yolverilməz hesab edirik.
Mövcud vəziyyət humanitar böhranın qarşısının alınması üçün beynəlxalq ictimaiyyətin aydın reaksiyasını, eləcə də beynəlxalq humanitar təşkilatların Dağlıq Qarabağa dərhal və maneəsiz cəlb olunmasını zəruri edir”.