ER müdafiə naziri Suren Papikyan martın 21-də BQXK-in ER-dakı nümayəndə heyətinin rəhbəri Tyeri Ribonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.
Papikyan T. Riboya Azərbaycanın nəzarətində olan erməni əsilli şəxslərin hüquqlarının müdafiəsində apardığı səylərə görə təşəkkür etdi.
Suren Papikyan BQXK-in Yerevandakı ofisinin rəhbərinə Azərbaycan hakimiyyəti tərəfindən indiyədək erməni hərbi əsirlərin və mülki şəxslərin qaytarılmaması və məsələnin siyasiləşdirilməsi barədə ER Müdafiə Nazirliyinin narahatlığını bilıdirib.
Görüş zamanı tərəflər itkin düşmüş şəxslərin taleyinin öyrənilməsi ilə bağlı məsələləri müzakirə etdi.
Ribo əmin etdi ki, BQXK nümayəndə heyəti itkin düşmüş şəxslər və hərbi əsirlər barədə məlumat toplamaq üçün bütün lazımi səyləri göstərir.