Bu gün ER Prezidenti Vahagn Xaçaturyan Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Ann Luyo ilə görüşüb.
Fransa səfiri prezident Vahagn Xaçaturyanı bu vəzifənin icrasına başlaması münasibətilə təbrik edib, Fransanın Ermənistanla işləməyə, ikitərəfli münasibətləri dərinləşdirməyə və möhkəmləndirməyə hazır olduğunu bir daha təsdiqləyib.
Görüşdə Ermənistan-Fransa münasibətlərinin cari gündəliyinə toxunulub. Həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.