Artsax Xarici İşlər Nazirliyi respublikaya qazın təchizatının dayandırılması ilə bağlı bəyanat yayıb.
“Martın 21-də axşam saatlarında Azərbaycan hakimiyyəti Artsaxın qaz təchizatını yenidən dayandıraraq, çox soyuq hava şəraitində Artsax əhalisini hər hansı istilik resurslarından məhrum edib.
Azərbaycanın davranışı humanitar terrorizmdir. Bu, beynəlxalq humanitar və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur və heç bir əxlaq çərçivəsinə sığmır. Bu çirkin əməl nifrət və millətçiliyin növbəti təzahürüdür.
Artsax Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycanın siyasətini qətiyyətlə pisləyir və adekvat qiymət gözləməsi ilə beynəlxalq ictimaiyyətə müraciət edir.
Azərbaycanın nifrət dolu addımları Artsax xalqının iradə və əzmkarlığına təsir edə bilməz. Biz bundan sonra da tarixi vətənimizdə yaşayacağıq, yaradacağıq, müstəqil dövlətçiliyimizi inkişaf etdirəcəyik və möhkəmləndirəcəyik”- deyə XİN-in bəyanatında deyilir.