Martın 21-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Tərəflər Ermənistan-Rusiya əməkdaşlığı ilə bağlı məsələlər, yüksək səviyyəli qarşılıqlı səfərlər, Ermənistan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirləri müzakirə etdilər.
Ararat Mirzoyan və Sergey Lavrov 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli yüksək səviyyəli üçtərəfli sazişlərin əsas müddəalarının icrasına toxunublar.
Ararat Mirzoyan Azərbaycan tərəfinin Dağlıq Qarabağda və Ermənistan-Azərbaycan sərhədində ttörətdiyi təxribatları və atəşkəs rejiminin pozulması nəticəsində yaranmış vəziyyəti təqdim edib.
Ararat Mirzoyan həmkarına Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara başlamaqla bağlı erməni tərəfinin mövqeyini təqdim edib və bu kontekstdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin roluna əhəmiyyət verilib.
İki ölkənin XİN başçıları regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.