ER Xarici İşlər Naziri Ararat Mirzoyan Parlamentin Xarici Əlaqələr Komitəsinin iclasında bəyan edib ki, regionda nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin açılması 2021-ci ildə xarici siyasi işin mühüm istiqamətlərindən biri idi.
O xatırladıb ki, 2021-ci il yanvarın 11-də ER baş naziri, Rusiya Federasiyasının prezidenti və Azərbaycan prezidenti regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupunun yaradılması haqqında bəyanat imzalayıblar.
“Üçtərəfli işçi qrupda Ermənistanı baş nazirin müavini Mher Grigoryan təmsil edir. Qrupun 2021-ci ildə 8 işçi görüşü olub, infrastrukturun, o cümlədən sərhəd, gömrük və digər nəzarət funksiyaları üzrə ekspert alt qrupları yaradılıb.
Nəticədə Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 2021-ci il noyabrın 26-da Soçidə, 2021-ci il dekabrın 15-də isə Brüsseldə keçirilən görüşləri zamanı Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz marşrutunun işə salınması barədə razılıq əldə olunub" – deyə nazir bildirib.
Mirzoyanın sözlərinə görə, razılaşmaların de-yure təsbiti istiqamətində iş aparılır.
“İndi ümumi belə bir fikir formalaşıb ki, bütün bloklanmamış yollar və nəqliyyat infrastrukturu keçdikləri ölkələrin suverenliyi və qanunvericiliyi çərçivəsində fəaliyyət göstərməlidir”- deyə Mirzoyan bildirib.