ER Prezidenti Vahaqn Xaçaturyan İran İslam Respublikasının Prezidenti İbrahim Rəisiyə Novruz bayramı münasibətilə təbrik məktubu göndərib.
Məktubda qeyd olunur ki, çoxəsrlik tarixə və qarşılıqlı hörmətə əsaslanan Ermənistan-İran münasibətləri Ermənistan üçün xüsusi əhəmiyyət kəsb edir.
“Əminəm ki, biz birgə səylərlə mövcud potensialdan maksimum istifadə edərək, qarşılıqlı faydalı əməkdaşlığı yeni səviyyəyə qaldıra biləcəyik”,-deyə məktubda qeyd olunub.
Vahaqn Xaçaturyan İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneiyə də təbrik məktubu göndərib.
Məktubda vurğulanıb ki, Ermənistan İranla qarşılıqlı hörmət və həmrəyliyə əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndirir.