Azərbaycanda hələ erməni hərbi əsirləri və mülki şəxslər saxlanılır. Ermənistan müxtəlif beynəlxalq formatlarda Azərbaycanda saxlanılan erməni hərbi əsirlərinin və girovların və digər saxlanılan şəxslərin dərhal vətənə qaytarılması məsələsini qaldırmağa davam edir.
Bu barədə Parlamentin Xarici Əlaqələr Daimi Komitəsinin iclası zamanı ER xarici işlər naziri Ararat Mirzoyan qeyd edib.
“Azərbaycanda hələ də 38 hərbi əsir, girov və ya digər statusda saxlanılan var. 38 nəfərdən 3-ü mülki şəxsdir. Maraqlıdır ki, 38 nəfərdən 2-si 16 noyabrdakı eskalasiyadan əvvəl əsir götürülüb”- deyə Mirzoyan bildirib.
Nazirin sözlərinə görə, AİHM-in Azərbaycana qarşı müvəqqəti tədbirlərinin tətbiqi ilə bağlı qərar qüvvədə qalır.
“2021-ci il mayın 20-də Avropa Parlamenti erməni əsirlərin dərhal azad edilməsini tələb edən qətnaməni 607 səslə qəbul edib. Avropa İttifaqı çərçivəsində erməni əsirlərin qaytarılmasının zəruriliyi ilə bağlı məsələni Avropa Komissiyasının sədri, Avropa İttifaqının Xarici Əlaqələr Xidmətinin sədri, 100-dən çox parlament üzvü, çoxsaylı müttəfiqlərimiz və tərəfdaşlarımız olan yüksək vəzifəli şəxslər qaldırıb” – deyə Mirzoyan bildirib.
Nazir əmin edib ki, istənilən beynəlxalq görüşdə bu məsələ israrla qaldırılır.