İşimizin vacib istiqamətlərindən biri ənənəvi tərəfdaşlarımızla müasibətlərin dərinləşdirilməsi və genişləndirilməsidir. Bu barədə Parlamentdə Xarici Əlaqələr Daimi Komitəsinin iclası zamanı ER Xİ naziri Ararat Mirzoyan qeyd edib.
“2021-ci ildə Ermənistan-Rusiya müttəfiq, strateji tərəfdaşlığı davamlı olaraq inkişaf edib. Ermənistan və Rusiya arasında ikitərəfli əlaqələrin gündəliyi, o cümlədən ticari-iqtisadi, sənaye, kənd təsərrüfatı, enerji, nəqliyyat, informasiya texnologiyaları, rabitə, eləcə də sosial, səhiyyə və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsi üçün yeni istiqamətlər əhəmiyyətli dərəcədə genişləndirilib”- deyə Mirzoyan qeyd edib.
Mirzoyan Ermənistan-Amerika münasibətlərinə də toxunub.
“Ermənistan və ABŞ arasında yüksək səviyyəli dialoq davam edib. İki ölkənin xarici işlər nazirləri arasında ikitərəfli görüşlər keçirilib, Təhlükəsizlik Şurasının katibi ABŞ-a səfər edib və Ermənistan-Amerika strateji dialoqunun növbəti iclasının təşkili barədə razılıq əldə olunub” – deyə Ermənistan XİN rəhbəri bildirib.