Gürcüstanda ötən sutka ərzində koronavirusa 849 yeni yoluxma faktı qeydə alınıb.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Məlumata əsasən, daha 1 855 nəfər müalicə olunaraq sağalıb, 13 nəfər isə vəfat edib.
Hazırkı dövrədək Gürcüstanda COVID-19 infeksiyasına 1 641 399 nəfər yoluxub. Onların 1 596 779-u sağalıb, 16 643-ü isə ölüb.