ER XİN-in məlumatına görə, martın 18-də ER xarici işlər naziri Ararat Mirzoyan Fransanın xarici işlər naziri Jan İv Lö Drian ilə telefon danışığı aparıb.
Söhbət zamanı Ermənistan-Fransa əməkdaşlığının gündəliyinə aid məsələlər, xüsusilə də Ermənistan-Fransa iqtisadi əməkdaşlığının yol xəritəsinin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.
Həmsöhbətlər regional və beynəlxalq təhlükəsizliklə bağlı bir sıra məsələləri müzakirə ediblər.
Ararat Mirzoyan həmkarına Ermənistanla sərhəd zonasında və Dağlıq Qarabağda Azərbaycanın törətdiyi təxribatlar, atəşkəs rejiminin davamlı şəkildə pozulması, dinc əhalinin hədəfə alınması, psixoloji təzyiqlərin tətbiqi faktlarını təqdim edib.
Telefon danışığı zamanı tərəflər BMT Nizamnaməsi, Beynəlxalq Siyasi-Mülki Pakt, Helsinki Yekun Aktı əsasında Ermənistan-Azərbaycan arasında sülh sazişinin imzalanması üçün danışıqların başlanması ilə bağlı məsələləri müzakirə ediblər.
Bu kontekstdə hər iki tərəf ATƏT-in Minsk Qrupu həmsədrlərinin rolunna əhəmiyyət verib.