Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında danışıq olub.
Bu barədə Avropa Komissiyasının rəhbəri tviter səhifəsində yazıb.
“Mən Zelenskini əmin etdim ki, bizim dəstəyimiz davamlı olacaq. Ukraynanın Avropaya gedən yolu başlayıb. Bu, uzaqgörənlik, əzmkarlıq və dözüm tələb edir” - deyə o bildirib.