Martın 18-də səfir Areg Hovhannisyan Yaponiya Xarici İşlər Nazirliyində XİN-in Avropa Əlaqələri Bürosunun baş direktorunun müavini, səfir Şuiçi Tokuda ilə görüşüb.
Ermənistan və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Ermənistan səfiri Tokudaya Ermənistanda xüsusi hazırlanmış, Ermənistan-Yaponiya münasibətlərini simvolizə edən batik suvenir hədiyyə edib.
Ermənistanın Yaponiyadakı səfirliyindən verilən məlumata görə, səfir həmsöhbətini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son proseslər barədə məlumatlandırıb, ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif məsələlərinə, eləcə də Ukraynada baş verən geosiyasi proseslərə toxunub.