Rusiya Prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının iclasını keçirəcək.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
Kreml sözçüsü Ukraynanın danışıqlar prosesini uzatmaqda da ittiham edib. Peskkov qeyd etdi ki, Kiyev danışıqların sürətlənməsinə maraq göstərmir
O həmçinin, Rusiya ilə Ukrayna arasında sülh müqaviləsinin imzalanacağı təqdirdə Putin-Zelenski görüşünün keçirilməsinə ehtiyac yarana biləcəyini istisna etməyib.