Martın 15-də ER ərazi idarəetmə və infrastruktur naziri Gnel Sanosyan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinin tərkibində Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Andrea Viktorin də vardı.
Nazir qonaqları salamlayaraq Aİ ilə əməkdaşlığı yüksək qiymətləndirib. Aİ-nin xüsusi nümayəndəsi bildirib ki, mandatı çərçivəsində Ermənistana və Azərbaycana münaqişənin öhdəsindən gəlməkdə, münasibətləri normallaşdırmaqda kömək etməyə çalışacaq, qeyd olunub ki, bu çərçivədə infrastrukturun təkmilləşdirilməsindən başlayaraq kiçik addımların atılması çox vacibdir.
Nazir vurğulayıb ki, Ermənistan regionda sülhu vacib sayır və hazırda yolların açılması ilə bağlı fəal müzakirələr aparılır.
Görüş zamanı sərhədyanı kəndlərdə infrastrukturun təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Nazir mövcud vəziyyəti və görülən işləri Aİ-nin xüsusi nümayəndəsinə təqdim edib.
Andrea Viktorin Syunik və sərhəd kəndlərinin diqqət mərkəzində olacağını bir daha təsdiqlədi.