Ermənistan və İtaliyanın xarici işlər nazirləri Ermənistan Respublikası ilə İtaliya Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə bir-birinə müraciətlər ünvanlayıb.
ER xarici işlər naziri Ararat Mirzoyan öz mesajında Ermənistan-İtaliya əməkdaşlığının yüksək səviyyəli siyasi dialoqla xarakterizə olduğunu xüsusi vurğulayıb.
ER xarici işlər naziri artan ikitərəfli ticarət dövriyyəsini, eləcə də Ermənistana İtaliya investisiyalarının həcmini məmnunluqla qeyd edib. Ararat Mirzoyan ikitərəfli iqtisadi münasibətləri siyasi dialoq səviyyəsinə çatdırmaq əzmində olduğunu bildirib.
İtaliyanın xarici işlər naziri Luici Di Mayo Ermənistanın xarici işlər nazirini təbrik edərək, öz növbəsində qeyd edib ki, diplomatik münasibətlər qurulandan bəri Ermənistan-İtaliya dostluq münasibətləri inkişaf edir.
Luici Di Mayo əlavə edib ki, Ermənistan və İtaliya arasında əlverişli münasibətlər sabit ticarət, iqtisadi və mədəni əlaqələr yaradır və bu əlaqələr müxtəlif sahələrdə mövcud əməkdaşlıqla tamamlanır.