Artsax Xarici İşlər Nazirliyi Şuşidə Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr olunmuş tədbirin təşkili ilə bağlı bəyanat yayıb.
“Rəsmi Bakı öz üslubuna uyğun olaraq, Artsaxa qarşı təcavüzünün nəticələrini legitimləşdirməyə yönəlmiş destruktiv siyasətini davam etdirir, beynəlxalq ictimaiyyəti və müxtəlif strukturları bu prosesə cəlb etməyə çalışır.
Bu siyasətin növbəti təzahürü Artsaxın işğal olunmuş Şuşi şəhərində Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyinə həsr olunmuş təntənəli mərasimin təşkili, BMT və onun strukturlarının nümayəndələrinin iştirakıdır.
Artsax Respublikasının Xarici İşlər Nazirliyi Şuşidə belə bir tədbirin keçirilməsini qətiyyətlə pisləyir.
Azərbaycanın təcavüzünün əsas hədəflərindən biri olan yaşayış məntəqəsində Azərbaycanın təşkil etdiyi tədbirdə BMT nümayəndələrinin iştirakı bu mötəbər beynəlxalq təşkilatın prinsiplərinə, ideologiyasına və missiyasına ziddir və şübhəsiz ki, Azərbaycan tərəfindən antiinsani və təcavüzkar siyasətinin qanuniləşdirilməsi üçün istifadə olunacaq.
Bu, Birləşmiş Millətlər Təşkilatının reputasiyasına ciddi zərbədir və təşkilatın işinin səmərəliliyinə mənfi təsir göstərəcək” – deyə bəyanatda deyilir.