Martın 17-də Brüsseldə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan NATO baş katibinin birinci müavini Mirça Joanna ilə görüşüb.
Ararat Mirzoyan NATO ilə mövcud siyasi dialoqdan məmnunluğunu ifadə edib. Onlar həmçinin Ermənistanın sülhməramlı birləşmələrinin beynəlxalq sülhməramlı missiyalarda iştirakına və Ermənistanın beynəlxalq təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə verdiyi töhfələrə toxunublar.
Regional təhlükəsizliklə bağlı məsələlər müzakirə edilib. Ararat Mirzoyan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti, Dağlıq Qarabağdakı hazırkı vəziyyət, Azərbaycanın atəşkəs rejimini pozması, Dağlıq Qarabağda humanitar böhran yaratmaq məqsədi daşıyan tədbirlər, mülki əhaliyə psixoloji təzyiq faktlarını təqdim edib.
Tərəflər Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi ilə bağlı fikir mübadiləsi aparıb.
Həmin gün ER xarici işlər naziri Şimali Atlantika Şurasında çıxış edərək, son 30 ildə Ermənistan-NATO arasında olan əməkdaşlığıa, 2020-ci ildə Azərbaycanın Artsaxa qarşı təcavüzünün nəticələrinə və aktual humanitar məsələlərə toxunub.