Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərb mediasını dezinformasiya yaymaqda ittiham edib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı mülki şəxslərə qarşı yönəlməyib və Moskvanın məqsədi isə ölkəni işğal etmək, hazırkı prezident Vladimir Zelenskini devirmək deyildir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, Qərb mediası Ukraynada baş verənləri təhrif edir, öz əhalisinə dezinformasiya verir, insanları təbliğat vasitəsinə çevirir.