Martın 16-da Parisdə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Frankofoniya Nazirlər Konfransının 40-cı xüsusi iclasında iştirak edib.
ER XİN rəhbəri öz çıxışında Azərbaycanın hazırkı geosiyasi reallıqlarda Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə yönəlmiş hərəkətlərinə toxunub.
Çıxışda Azərbaycanın Dağlıq Qarabağda humanitar böhranın yaradılmasına yönəlmiş hərəkətləri, xüsusilə, həyati əhəmiyyət kəsb edən infrastrukturun bərpasına maneələrin yaradılması, mülki əhalinin hədəfə alınması, əhaliyə psixoloji təzyiq göstərilməsi faktları təqdim edilib.
ER XİN rəhbəri Frankofoniya hökumətlərinin başçıları tərəfindən Azərbaycan hakimiyyətinə regionda sabitliyi pozmaq cəhdlərindən çəkinməklə bağlı aydın və məqsədyönlü çağırışlar verilmənin zəruriliyini vurğulayıb.
Qeyd olunub ki, Ermənistan ATƏT-in Minsk qrupu həmsədrlərinin mandatı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinə sadiqdir və ilkin şərt olmadan Ermənistanla Azərbaycan arasında sülh sazişi üzrə danışıqlara hazırdır.
Nazir Mirzoyan çıxışında vurğulayıb ki, koronavirus epidemiyasından irəli gələn çətinliklərə və 44 günlük müharibəyə baxmayaraq, Ermənistan demokratiya dəyərlərinə, insan haqlarının qorunmasına, qanun aliliyinə və korrupsiya ilə mübarizəyə əsaslanan davamlı islahatlar prosesinə sadiq qalır.