Rusiya Müdafiə Nazirliyi Ukraynadan Böyük Britaniya və digər Avropa ölkələrinə külli miqdarda insan biomateriallarının aparılmasına dair yeni sənədlər təqdim edəcək.
Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
“Ukrayna ərazisindən Böyük Britaniya və digər Avropa ölkələrinə külli miqdarda insan biomateriallarının aparılması ilə bağlı yeni sənədlər təqdim olunacaq. Yaxın vaxtlarda biz bioloji laboratoriyaların ukraynalı əməkdaşlarından alınan yeni sənədlər paketini dərc edəcəyik və onların müayinəsinin nəticələrini təqdim edəcəyik”, - Konaşenkov vurğulayıb.