Martın 16-da Parisdə işgüzar səfərdə olan ER xarici işlər naziri Ararat Mirzoyan YUNESKO-nun baş direktoru Odri Azule ilə görüşüb.
Nazir Mirzoyan Ermənistanın YUNESKO ilə təhsil, elm və kommunikasiya sahələrində əməkdaşlığı genişləndirdiyinə əhəmiyyət verdiyini vurğulayıb.
Görüş ərzində Azərbaycanın Dağlıq Qarabağa təcavüzü nəticəsində nəzarəti altında olan ərazilərdə erməni tarixi, mədəni və dini irsinin qəsdən məhv edilməsinə, habelə şəxsiyyətin təhrif edilməsi məsələsinə toxunulub.
Bu kontekstdə nazir Mirzoyan YUNESKO-nun baş direktorunun diqqətini bu məqsədlə Azərbaycanda işçi qrupunun yaradılmasına cəlb edib. Qeyd olunub ki, bu hərəkətlər açıq şəkildə erməni tarixi, mədəni və dini irsinin qorunması ilə bağlı 2021-ci il dekabrın 7-də BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinnin qəbul etdiyi təcili tədbirlərin görülməsi barədə qərarına ziddir.
ER xarici işlər naziri YUNESKO-nun mövcud vəziyyətə təcili müdaxiləsinin, Artsaxın tarixi və mədəniyyət abidələrinin qorunmasının və vandalizm hallarının qarşısını almaq üçün münaqişə zonasına maneəsiz cəlb olunmasının vacibliyini vurğulayıb.
“Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında” 1954-cü ildə q\bul edilmiş Haaqa Konvensiyasına və onun iki Protokoluna uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi zonasına YUNESKO-nun Baş katibi Odri Azule tərəfindən təklif olunan faktaraşdırıcı missiyanın həyata keçirilməsinin vacibliyi qeyd olundu.