Rusiya Prezidenti Vladimir Putinlə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon danışığı olub.
Telefon danışığı zamanı Ukraynadakı vəziyyət, habelə humanitar aspektlər, mülki şəxslərin təxliyəsi ilə bağlı məsələlər müzakirə etdi.
Vladimir Putin Rusiya və Ukrayna nümayəndələri arasında Rusiyanın tələbləri nəzərə alınmaqla razılaşmaların işlənib hazırlanması üzrə davam edən danışıqlara dair prinsipial qiymətləndirmələrini açıqlayıb. Eyni zamanda qeyd edib ki, Kiyev qarşılıqlı məqbul həll yollarının tapılmasına ciddi münasibət nümayiş etdirmir.
Rusiya prezidenti xüsusi diqqət yetirib ki, Avropa İttifaqının rəhbərliyi baş verənləri ictimaiyyət qarşısında qiymətləndirərək, Ukrayna hərbçilərinin dünənki cinayətkar və qeyri-insani hərəkətinə reaksiya verməyiblər. Ukrayna hərbçiləri dünən kaset sursatlarından istifadə edərək Donetsk mərkəzindəki yaşayış məntəqəsinə raket zərbələri endiriblər. Bunun nəticəsindən çoxlu sayda mülki şəxs öldürülüb.