Bu gün ER-nın İspaniyadakı səfir Sos Avetisyan İspaniya Senatının sədri Ander Gil Garsiya ilə görüşüb. Bu barədə səfirliyin “Facebook” səhifəsində deyilir.
“Görüşün əvvəlində səfir Avetisyan Senatın fəxri qonaqlar kitabına yazı qeyd edib, daha sonra tərəflər beynəlxalq gündəlikdəki bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıb, iki ölkə arasında parlament əlaqələrinin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Səfir Avetisyan İspaniya Senatının sədrinə Azərbaycanın Artsaxda humanitar böhranın yaranmasına yönəlmiş hərəkətləri, o cümlədən qaz təchizatının davamlı olaraq kəsilməsi, infrastrukturun, mülki əhalinin hədəfə alınması, Azərbaycanın nəzarəti altında olan ərazilərdə erməni mədəni irsinin məhv edilməsi təhlükəsi barədə məlumat verərək “Dağlıq Qarabağda mədəni dəyərlərin dağıdılmasına dair” cari ilin martın 10-da qəbul edilmiş qətnamə və beynəlxalq ictimaiyyətin lazımi reaksiyasını vurğulayıb”- deyə məlumatda deyilir.