Ukraynaya NATO-nun humanitar missiyası göndərilə bilər.
Bu barədə Kanadanın müdafiə naziri Anitu Anand jurnalistlərə açıqlamasında deyib.
“Bugünkü iclasda bu məsələ müzakirə oluna bilər. Mən böhranın sülh yolu ilə həllinin tərəfdarıyam” - o bildirib.
Bundan əvvəl alyans NATO-nun Ukraynanı dəstəklədiyini, lakin münaqişəyə birbaşa müdaxilə etmək niyyətində olmadığını dəfələrlə bəyan edib.
Qeyd edək ki, bu gün NATO-nun Brüsseldəki mənzil-qərargahında Alyans dövlətlərinin müdafiə nazirlərinin toplantısı keçiriləcək.