Rusiya Silahlı Qüvvələri Ukraynanın Xerson vilayətini tam ələ keçirərək nəzarət altına alıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirdi ki, rus hərbçilər sutka ərazində Ukraynaya məxsus olan 2 təyyarə, 1 helikopter və 13 pilotsuz uçuş aparatı, 136 hərbi obyekt məhv ediblər.
Kramatorsk hava limanı yaxınlığında 4 Su-25 döyüş təyyarəsi, Mi-24 helikopteri və 5 Mi-8 helikopterinin olduğu anbarlar məhv edilib.