Martın 15-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşüb.
“RİA Novosti” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian məlumat verib.
Bildirilib ki, nazirlər ikitərəfli əlaqələri, İranın nüvə proqramı ilə bağlı danışıqları və Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Sergey Lavrov vurğulayıb ki, iki ölkə arasında tərəfdaşlığın yeni keyfiyyət halına keçməsi üçün sənədlər hazırlanır.
Rusiya XİN başçısı İranın Ukrayna ilə bağlı mövqeyini də obyektiv adlandırıb: “Biz dialoqumuzu və Ukraynada baş verənlərlə bağlı obyektiv mövqeyinizi yüksək qiymətləndiririk”.