Martın 14-də ER Parlamentinin sədrinin müavini Ruben Rubinyan Estoniyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Rina Kalyurandı, Latviyanın fövqəladə və səlahiyyətli səfiri İnqrida Levrensi, Litvanın fövqəladə və səlahiyyətli səfiri inga Stanite-Toloçkineni, Finlandiyanın fövqəladə və səlahiyyətli səfiri Kristi Narineni, Norveçin fövqəladə və səlahiyyətli səfiri Helen Sand Andresenii və İsveçin fövqəladə və səlahiyyətli səfiri Patrik Svensonu qəbul etdi.
Ruben Rubinyan regiondakı təhlükəsizlik vəziyyətini təqdim edib.
O, Azərbaycan silahlı qüvvələrinin Dağlıq Qarabağda həyata keçirdiyi təxribat xarakterli əməllərdən, həyati əhəmiyyət kəsb edən infrastrukturun bərpasında süni problemlər yaradılmasından, beynəlxalq ictimaiyyətin müvafiq qiymətinin əhəmiyyətindən danışıb.
Ruben Rubinyan münaqişənin ATƏT-in Minsk qrupunun himayəsi altında hərtərəfli həllinin zəruriliyini vurğulayıb.
Söhbət zamanı Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi ətrafında da fikir mübadiləsi aparılıb.