Baş nazir Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.
Tərəflər Ermənistan-Amerika münasibətlərinin gündəliyində duran məsələlərə, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi məqsədilə strateji dialoqun davamlılığının təmin edilməsinə toxunublar.
Baş nazir demokratik islahatlar istiqamətində Ermənistana ardıcıl dəstəyə görə Amerika tərəfinə təşəkkür edib, demokratiyanın daha da möhkəmləndirilməsinin Ermənistan hökumətinin mütləq prioriteti olduğunu və ölkəmizin bundan sonra da bu istiqamətdə irəliləyişini davam etdirəcəyini vurğulayıb.
Nikol Paşinyan və Entoni Blinken Cənubi Qafqazda gedən proseslərə, Dağlıq Qarabağ ətrafındakı vəziyyətə, gərginliyin artmasına toxunublar.
Tərəflər Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində hərtərəfli həllinin vacibliyini vurğulayaraq, bunun Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasına töhfə verəcəyini və regionda sabitlik və sülhə ehtiyac olduğunu qeyd etdi.
Ermənistan Baş naziri və ABŞ dövlət katibi Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası, regionda kommunikasiyaların açılması mümkünlüyü, həmçinin Ermənistan və Türkiyə arasında davam edən dialoqla bağlı fikir mübadiləsi aparıblar.
Danışıq zamanı beynəlxalq aləmdə baş verən proseslərə, o cümlədən Ukraynadakı vəziyyətə də toxunulub.