ER Baş nazirinin müavini Mher Grigoryan martın 14-də bir sıra Skandinaviya-Baltikyanı ölkələrinin Ermənistan Respublikasındakı səfirlərini, xüsusən Litvanın səfiri İnqa Stanite-Toloçkieneni, İsveç səfiri Patrik Svensonu, Estoniya Respublikasının səfiri Rina Kalyurandi, Finlandiya Respublikasının səfiri Kirsti Narineni, Latviya Respublikasının səfiri İnqrida Levrentsini və Norveç səfiri Helen Sand Andreseni qəbul edib.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində həlli, Azərbaycanda saxlanılan bütün erməni əsirlər, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər müzakirə olunub.
Söhbət zamanı regionda kommunikasiyaların açılması istiqamətində görülən işlər, o cümlədən son regional hadisələr və onların Ermənistan üçün humanitar, sosial-iqtisadi nəticələri barədə fikir mübadiləsi aparılıb.