Ermənistan Baş naziri Nikol Paşinyan Kanadanın Baş naziri Castin Trüdo ilə telefon danışığı aparıb. Baş nazir Paşinyan Kanada tərəfinə ölkəmizdə demokratik təsisatların inkişafına və bu istiqamətdə həyata keçirilən islahatlara dəstək verməyə hazır olduğuna görə təşəkkür edib.
Baş nazir Kanadanın Aİ və Avropa üzrə xüsusi nümayəndəsi Stiven Dionun Ermənistana bu yaxınlarda səfərini bir daha xatırladıb və bu görüşlərin və müzakirələrin iki hökumət arasında müxtəlif sahələrdə əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.
Nikol Paşinyan vurğulayıb ki, Ermənistan hökuməti bundan sonra da demokratik institutları inkişaf etditmək gündəlini saxlayacaq.
Castin Trüdo Kanada hökumətinin Ermənistanda demokratiyanın möhkəmlənməsinə və müxtəlif sahələrdə ikitərəfli əlaqələrin dərinləşməsinə bundan sonra da töhfə verməyə hazır olduğunu bildirib.
Ermənistan və Kanadanın Baş nazirləri Dağlıq Qarabağla bağlı gərginliyin artmasını müzakirə ediblər və regionda sabitliyin və sülhün təmin edilməsi məqsədilə Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində hərtərəfli həllinə əhəmiyyət veriblər.
Tərəflər Cənubi Qafqazda baş verən proseslər, o cümlədən Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası, eləcə də Ermənistan-Türkiyə dialoqu ətrafında fikir mübadiləsi aparıblar.
Söhbət zamanı Ukraynada baş verən hadisələrə də toxunulub.