Ermənistan Respubliaksının xarici işlər naziri Ararat Mirzoyan “Armenpress”ə müsahibəsində vurğuladı ki, Azərbaycanla sülh sazişi ilə bağlı danışıqlar ilkin şərtlər olmadan olmalıdır. Nazir xatırlatdı ki, XİN sülh sazişi ətrafında danışıqlar aparmaq üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciət edib.
Ararat Mirzoyan Ermənistanın Azərbaycana verdiyi 5 prinsiplərinə toxunaraq, bununla bağlı erməni tərəfinin mövqeyini təqdim etdi.
Nazir qeyd etdi ki, sülh sazişi ilə bağlı hər hansı danışıqlar ilkin şərtlər olmadan aparılmalıdır։
“Əsas təkliflərə gəlincə, faktiki olaraq artıq 1991-ci il dekabrın 8-də “Müstəqil Dövlətlərin Əməkdaşlığının yaradılması haqqında” sazişi birgə imzalayan iki ölkə artıq bir-birinin ərazi bütövlüyünü tanıyıb və hər birinə qarşı ərazi iddialarının olmadığını qəbul ediblər.
Təklifdə qeyd olunan məqamlar mövcud problemlərin bütün gündəliyini tam əks etdirmir. Erməni tərəfi üçün Arsax ermənilərinin hüquq və azadlıqlarının aydın təminatları, Dağlıq Qarabağın statusunun yekun dəqiqləşdirilməsi prinsip və əsasdır. Bizim üçün Dağlıq Qarabağ münaqişəsi ərazi məsələsi deyil, hüquq məsələsidir. Ermənistan tərəfi artıq Azərbaycanın təklifinə cavab verib – yuxarıdakı mövqeyə uyğun olaraq”.
Azərbaycan tərəfinin təkiiflərinə toxunan nazir qeyd etdi ki, 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarda təsbit olunmuş bütün razılaşmalar tam şəkildə yerinə yetirilməlidir.
“Bildiyiniz kimi, biz hətta bu sazişlərin həyata keçirilməsi üçün qoşunların aynalı çıxarılması və beynəlxalq monitorinq mexanizminin tətbiqi yolu ilə demarkasiya prosesinə başlamaq təklifi kimi kompleks təkliflər verdik, lakin Azərbaycan tərəfi bunu rədd etdi”,- nazir qeyd etdi.
Sülh sazişi ətrafında danışıqların hansı formatda olduğuna dair suala cavab olaraq Ararat Mirzoyan qeyd etdi ki, daha əvvəl XİN bildirdi ki, Ermənistan BMT-nin Nizamnaməsinə, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta və Helsinki Yekun Aktına əsasən, Ermənistan ilə Azərbaycan arasındakı sülh müqaviləsi bağlanması üçün danışıqlarının təşkil edilməsi məqsədi ilə ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciət edib.