Martın 15-də ER Parlamentinin Müdafiə və Təhlükəsizlik Daimi Komitəsinin sədri Andranik Koçaryan Estoniyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Rina Kalyurand, Latviyanın fövqəladə və səlahiyyətli səfiri İnqrida Levrens, Litvanın fövqəladə və səlahiyyətli səfiri İnqa Stanite-Toloçkiene, Finlandiyanın fövqəladə və səlahiyyətli səfiri Kirsti Narinen və Norveçin fövqəladə və səlahiyyətli səfiri Helen Sand Andresen ilə görüşüb.
Görüşdə müdafiə və təhlükəsizlik sahəsində islahatlar, ölkəmizdə baş verən geosiyasi və regional proseslər müzakirə olunub.
Andranik Koçaryan Azərbaycanın başlatdığı 44 günlük müharibənin nəticələrinə toxunaraq qeyd edib ki, Azərbaycan hərbi ritorikasını davam etdirərək erməni hərbi əsirləri və digər saxlanılan şəxskəri qaytarmır. Komissiya sədri beynəlxalq ictimaiyyətin dəstəyi ilə regionda sülhün bərqərar olması üçün göstərilən səyləri qeyd edib.
Qonaqların xahişi ilə Andranik Koçaryan Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiya və delimitasiya prosesinə, Dağlıq Qarabağ münaqişəsinə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına, Ukrayna ətrafındakı vəziyyətə toxunub.