Rusiyaya qarşı iqtisadi sanksiyalara paralel olaraq Azərbaycan Avropaya qaz nəqlinin həcmini artırır.
Hərbi-siyasi məsələlər üzrə ekspert Areg Koçinyanın fikrincə, Bakının bu addımı Moskvaya arxadan zərbədir.
O, bu il fevralın 22-də Moskvada Rusiya və Azərbaycan prezidentlərinin imzaladığı müttəfiqlik əməkdaşlıq bəyannaməsini xatırladır ki, onun 15-ci bəndində Rusiya və Azərbaycanın bir-birinin iqtisadi maraqlarına xələl gətirməməsi nəzərdə tutulur.
“Bu, indi Rusiya üçün nə deməkdir? Nəzərə alsaq ki, hazırda Qərblə söhbətdə Rusiyanın yeganə arqumenti, bu ticarət müharibələrində yalnız Avropanın Rusiya enerjisindən, xüsusən də qazdan asılılığı qalır, əgər Azərbaycan bu arqumenti qismən zəiflədir”- deyə ekspert vurğulayıb.