Azərbayacanın silahlı qüvvələrinin bölmələrinin irəliləməsi ilə bağlı xəbərlər dezinformasiyadır. Bu barədə məlumatı Ermənistan Respublikasının Müdafiə Nazirliyi yaydı.
“Azərbaycanın nəzarətində olan sözügedən ərazidə Azərbaycan bölmələrinin bir neçə mövqeləri var, qışda bu mövqelərində istifadə etmək olmaz. İndi hava şəraitinin dəyişməsi ilə əlaqədar Azərbaycan hərbçiləri həmin mövqelərə qayıdırlar. Heç bir irəliləyiş haqqında söz ola bilməz”,- deyə Nazirlik bildirdi.
Müdafiə Nazirliyindən bildiriblər ki, Ermənistan Respublikasının Silahlı Qüvvələri sərhədin bütün digər hissələrində olduğu kimi, qarşıya qoyulan vəzifələri tam şəkildə yerinə yetirir.