ABŞ Ukraynanın iştirak etdiyi müddətcə Ukrayna-Rusiya danışıqlarını dəstəkləməyə davam edəcək. Bu barədə Ağ Evin sözçüsü Cen Saki brifinq zamanı bildirib.
“Biz təkcə iqtisadi, humanitar deyil, həm də böyük hərbi yardım göstərməklə Ukraynaya dəstək olmağa çalışırıq. Hesab edirik ki, bu, Kiyevin bu danışıqlarda mövqeyini gücləndirir”,- deyə Saki vurğuladı.
O xatırlatdı ki, dünyada Ukraynaya ən çox ABŞ hərbi yardım göstərdi. Bu yardımın davam edəcək.
Ağ Evin mətbuat katibi Saki qeyd etdi ki, ABŞ Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya qoşun göndərməyəcək, çünki “bu, ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğun deyil”.