Təxminən bir həftədir ki, Azərbaycan tərəfi Artsaxdakı qaz kəmərinin bərpasına icazə vermir. Bu barədə Ermənistan Respublikasının Ombudsmanı Kristine Qriqorya bildirdi.
O qeyd etdi ki, 100 mindən çox insan soyuq hava şəraitində istilik imkanından məhrumdur. Eyni zamanda, elektrik enerjisi də vaxtaşırı kəsilir. Bu, müharibə zamanı və müharibədən sonra yaranmış ağır humanitar vəziyyəti dərinləşdirir.
“Bunun nəticəsində xəstəxanalar, məktəblər, uşaq bağçaları, məcburi köçkünlər üçün müvəqqəti sığınacaqlar sadə yaşayış şəraitindən məhrum olur, uşaqların sağlamlıq və təhsil hüququndan istifadə etmək mümkün olmur.
Bundan əlavə, Azərbaycan silahlı qüvvələri artıq bir həftədir ki, Artsax kəndlərinin dinc əhalisini intensiv atəşə tutur. Azərbaycan tərəfi Askeran rayonunun Xramort kəndi, Askeran şəhəri, Martuni rayonunun Karmir Şuka və Xnuşinak kəndlərini atəşə tutur. Xramortda mülki şəxs yaralanıb”,- deyə Ombudsman yazdı.
O vurğuladı ki, Azərbaycan tərəfi bu hücumlarla Artsax ermənilərini qorxutmağa, Arstax ermənilərə qarşı etnik təmizləmə siyasəti aparmağa çalışır.
“Azərbaycan dövlətinin davam edən cinayətkar siyasətini qətiyyətlə pisləyirəm. Beynəlxalq təşkilatları vəziyyətə aydın reaksiya verməyə və bu cinayətkar davranışa son qoymaq üçün Azərbaycana təzyiqləri artırmağa çağırıram”,- Ombudsman yazdı.