Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Ermənistan Respublikası Azərbaycan Respublikasının təqdim etdiyi təkliflərə cavab verib və BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktlara əsaslanaraq Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh sazişinin imzalanması məqsədilə danışıqların təşkili üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciət edib.