Artsax Təhlükəsizlik Şurasının ofisinin bəyanatında deyilir ki, qarşı tərəf əhali arasında çaxnaşma yaratmaq məqsədi ilə yalan xəbərlər yaymaqda davam edir.
Bildirilir ki, Artsax Respublikasının Müdafiə Ordusu əvvəllər təsdiq edilmiş planlara uyğun olaraq qarşıya qoyulan vəzifələri yerinə yetirir. Müdafiə Ordusu Azərbaycan tərəfinin bütün hərəkətlərini diqqətlə izləyir, bütün təmas xətti boyunca texnika yığması barədə məlumatlar həqiqətə uyğun deyil.
“Biz ictimaiyyəti bir daha dezinformasiya yaymaqdan çəkinməyə və yalnız rəsmi medianı izləməyə çağırırıq”- deyə bəyanatda deyilir.