Martın 14-də ER Parlamentin sədrinin müavini Ruben Rubinyan Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Ermənistan-Avropa İttifaqı əməkdaşlığı, eləcə də regional sabitliyin təmin edilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Onlar həmçinin Azərbaycan tərəfinin Artsaxda dinc əhaliyə qarşı təxribatları, eləcə də həyati əhəmiyyət kəsb edən infrastrukturun bərpasında süni problemlər yaratmaq cəhdlərinə toxunublar.
Tərəflər Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi ilə bağlı fikir mübadiləsi də aparıblar.