Gürcüstanda son sutkada koronavirusa 466 yeni yoluxma faktı təsdiqlənib, 15 nəfər vəfat edib.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Son bir gündə daha 2 944 nəfər müalicə olunaraq sağalıb.
Gürcüstanda indiyədək COVID-19 infeksiyasına 1 635 975 nəfər yoluxub. Onların 1 588 829-u sağalıb, 16 569-u isə ölüb.