ABŞ-ın Ermənistandakı səfirliyi bildirdi ki, martın 13-də Ermənistana 306 min doza COVID-19 “Pfizer” peyvəndi çatdırılıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, bu, Bayden-Harris Administrasiyasının “Qlobal miqyasda peyvəndlərin əlçatan olması təşəbbüsü” çərçivəsində ABŞ hökumətinin Ermənistana etdiyi ianədir.
Pfizer peyvəndi ilə yanaşı, ABŞ hökuməti COVID-19 epidemiyasının təsirlərini yumşaltmaq üçün ER hökumətinə 15 milyon dollardan çox yardım göstərdi.