Ermənistan Respublikasının ərazi idarəetmə və infrastruktur naziri Gnel Sanosyan bu gün Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Romeo Mikautadzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə ER Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin “Facebook” səhifəsində deyilir.
Romeo Mikautadze enerji sahəsində Ermənistan-Gürcüstan səmərəli əməkdaşlığı vurğulayıb.
Nazir müavini sentyabrın 1-dən Gürcüstanın da enerji bazarının liberallaşdırılmasına keçidi barədə məlumat verib və Ermənistanla bu platformada əməkdaşlığın uğurlu olacağına ümid etdiyini bildirib.
“Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub”- deyə məlumatda deyilir.