Martın 14-də Təhlükəsizlik Şurasının katibi Armen Grigoryan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb. Bu barədə ER Təhlükəsizlik Şurasının ofisindən məlumat verilib.
Görüşdə Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin, Aİ-nin xüsusi nümayəndəsinin aparat rəhbəri, siyasi məsələlər üzrə müşaviri Byorn Kunyen də iştirak edib.
Görüş zamanı tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə, sərhəd təhlükəsizliyinin və sabitliyin səviyyəsinin yüksəldilməsi istiqamətində atılan addımlara toxunublar.
Bu kontekstdə Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası prosesinə başlanmasının zəruriliyi vurğulanıb.
Təhlükəsizlik Şurasının baş katibi Dağlıq Qarabağdakı humanitar böhranı, heləcə də də təhlükəsizlik vəziyyətini təqdim edib. Həmsöhbətlər Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı altında hərtərəfli və davamlı həllinin zəruriliyini vurğulayıblar.